Ana Sayfa > Dünya / Manşet / Karusel > ““İlhamə özünü xəstəliyə vuracaq ki, istinqtaqdan yayınsın” - Nazpəri
““İlhamə özünü xəstəliyə vuracaq ki, istinqtaqdan yayınsın” - Nazpəri12-02-2016, 23:20. Yazar: admin |
Aia.az müğənni Nazpəri Dostəliyevanın primetime.az saytına verdiyi müsahibəni təqdim edir: - Nazpəri xanım, İnstagram profilinizdə etdiyiniz paylaşımlarda ilahi ədaləti önə çəkirsiniz. Konkret mövzuya keçmək istəyirik. Sizcə, xalq artisti İlhamə Quliyevanın yaşadığı qalmaqalların sonu necə olacaq? - İlhamə Quliyeva tərəfindən şəxsən mənə böyük haqsızlıq olduğu üçün mən bu haqsızlığın qarşısında onu Allaha tapşırmışdım. Susaraq evimdə oturdum... Aylar ötdü və nəticəsi göz qabağındadır. Təkrar edirəm, mənə qarşı böyük haqsızlıqlar edilsə də, heç nə danışmadım. Məhkəmə onun xeyrinə müsbət qərar verdi. 25 min manat təzminat ödədim. Deyirdi, o pulu qaçqın və məcburi köçkünlərə verəcək. O, məndən qazandığı pulları heç kimlə bölüşmədi... Mən Allahın sevimli bəndəsiyəm. Ulu yaradan məni çox sevir. Baş verən hadisələrə gəlincə, əvvəl mediada yayımlanan məlumatları mətbuat katiblərim tərəfindən öyrənirdim. Amma bu gün hər şeyi özüm izləyirəm. Facebook, İnstagram kimi sosial şəbəkələrdə profillərim var. Hər şeydən xəbərdaram və haqqın öz yerini tapmasına şükr edirəm. - Aylardır verdiyiniz cəsarətli açıqlamalarla medianın gündəmindəsiniz. Açıq danışırıqsa, bu məsələyə də münasibətinizi bilmək maraqlıdır. Nazpəri Dostəliyeva bu gün İlhamə Quliyevaya müharibə edən Aygün Kazımovanın irəli sürdüyü fikirləri necə qiymətləndirir? Aygün xanım günlərdir adı "qulluqçu" kimi hallanan Mehriban Hüseynovanı müdafiə etməkdən geri çəkilmir. - Şou-biznes dünyasında bu hegemonun (İlhamə Quliyevanı nəzərdə tutur - red.) qarşısına keçmək üçün ilk öncə yaltaqlar, qorxaqlar olmamalı idi. Mən ona baş əyənləri də qınamıram. Hamısına hədə-qorxu gələ-gələ brilliant aldırırdı. O vaxt mənə edilən haqsızlığın qarşısında susmayıb dəstək olan böyük sənətkarlara təşəkkür edirəm. Xalq artistləri - Ağaxan Abdullayev, professor Arif Babayev, Alim Qasımov, Rasim Balayev, əməkdar artist Tünzalə Ağayeva və bir sıra ziyalılar, millət vəkilləri sağ olsunlar, məni müdafiəyə qalxdılar. Bilirsiz, nə üçün onu susdurmaq mümkün olmadı? Cavab çox sadədir. Bizim əksər müğənnilərdə heç vaxt birlik olmayıb. Bir-birini dəstəkləyib, arxa-dayaq olmaq istəmirlər. - Sualımıza cavab almadıq. Aygün Kazımovanı dəstəkləyirsiniz? - Mən Mehriban Hüseynovanı müdafiə edən bütün insanları dəstəkləyirəm. Mübahisə və intriqaların əvəzinə həmrəylik olsun. Bugün bizə intriqa yox, həmrəy olmaq lazımdı. - Düşünürsüz ki, Aygün xanım özünü düşünərək bu müharibəni davam etdirir? - Bu təkcə mənim fikrim deyil, fakt belədir. Bizim məhkəmə çəkişməmiz zamanı Aygün Kazımova İlhaməni müdafiə edirdi. - Amma sosial qınaq aksiyasına məhz Aygün xanım start verdi... - Bununla razıyam. Milləti qınamağa səsləyən A.Kazımova oldu. Fəxrlə deyirəm, xalqıma qurban olaram. Onlar zamanında da, indi də məni müdafiə edib, dəstək olurlar. Allahıma çox şükür olsun, xalqın səmimi məhəbbətini qazanmışam. Bu hər sənətkara nəsib olmur. - Mehriban Hüseynova məhkəmədə hakim qarşısına çıxacaq. Əgər lazım olarsa, siz onun xeyrinə şahid qismində məhkəmədə iştirak edə bilərsiniz? - Bu gün onu müdafiə etməyə ehtiyac yoxdur. Onu müdafiə edən də var, şahidi çıxanlar da. Mehribanın hər kəlməsi həqiqətdir. Bəlkə, onun söylədiklərini biz desəydik, elə başa düşülərdi ki, münasibətlərdə münaqişə var deyə bu cür danışılır. Evinin içində olmuş bir insan kimi hər kəlməsinin doğru olduğuna inanıram. Hakimlər mənə haqsız davrandılar. Heç olmasa Mehriban üçün haqlı qərar versinlər. - Sizcə, İlhamə Quliyeva həbs oluna bilər? - Bunu gələcək göstərəcək. Mən yaşadığım haqsızlıqları görüb sussam da Allah gözəl Allahdır. Hər şeyi yoluna qoyacaq. - Mediada yayılan xəbərlərə görə, İlhamə Quliyeva səhhətində problemlər yaşayır, ayaqları tutulub... - Hə, indi də özünü xəstəliyə vuracaq ki, istinqtaqdan yayınsın. Xeyr, qaça bilməyəcək. Bu mümkün deyil. Mən onunla mübarizəyə çıxmamışam. Allahın öhdəsinə buraxmışam və İlhamənin müqəddəratı ortadadır. Zaman öz işini görür və haqq öz yerini tapır. Bəndə nəsə ədalətsizlik edə bilər, Allah haqqı nahaqdan gözəl ayırır. Tanrı icazə verməz ki, kimsə yaratdığı bəndəsini səbəbsiz yerə incitsin... Geri dön |