Ana Sayfa > Ölkə > Kürdəmirin Pirili kəndində səyyar qəbul keçirilib
Kürdəmirin Pirili kəndində səyyar qəbul keçirilib8-01-2020, 13:16. Yazar: sevinc1 |
Dekabrın 30-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Pirili kəndində növbəti səyyar qəbul-görüşü keçirilib. Pirili kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin, Asan Xidmət Kompleksinin, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərciyin tikintisi başa çatdırılıb. Ceyhun Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli kəndlərinin avtomobil yollarının tikintisi başa çatdırılıb. Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar işlə təminat,suvarma su təchizatı, kənd təsərrüfatı və torpaq məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonun 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisinə görə ölkər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi. aia.az Geri dön |