Ana Sayfa > Karusel / Ölkə > Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi tutuldu
Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi tutuldu7-01-2020, 15:23. Yazar: sevinc1 |
Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub. Report-un xəbərinə görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib. Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub. aia.az Geri dön |