Ana Sayfa > Gündəm / Manşet / Karusel > Azərbaycanda ikinci müharibə ocağı təhlükəsi
Azərbaycanda ikinci müharibə ocağı təhlükəsi12-02-2016, 12:15. Yazar: admin |
Rusiya Türkiyə arasında münasibətlərin müharibə həddinə gəlməsi və Naxçıvan məsələsində çəpləşən fikirlər bizi də narahat etməyə başlayıb. Azərbaycan bu iki dövlət arasında müharibə başlanacağı təqdirdə hansı mövqedə olacaq.Adətən bu tip məsələlərlə bağlı suallar politoloq və siyasi şərhçilərə verilir. Gündəmdən düşməyən və əhali arasında narahatlıq doğuran bu siyasi duruma fərqli bucaqdan baxmaq qərarına gəldik. Sualları sadə insanlara ünvanladıq. -Əgər Rusiya Türkiyə müharibəsi olsaydı, siz nə edərdiniz sualımı Hüseyn adlı gəncə verdim ? -Ölkəmdən çıxmazdım, Türkiyənin tərəfini saxlardım- dedi. --Sizcə, NATO Türkiyəni Rusiya məsələsində tam şəkildə müdafiə edəcəkmi? -Ukrayna və Gürcüstanda Qərb Rusiya məsələsində ayağını qırağa çəkdi. Amma qanunla 28 NATO dövlətini necə müdafiə edirsə Türkiyəni də müdafiyə etməlidir. Əks halda Nato öz imicini itirəcək. -Türkiyə Rusiya ilə baş-başa gələcək gücə malikdirmi? -Dünya hərb sistemində və inkişafında Rusiya böyük gücə malikdir. Türkiyə Rus müharibələrində çox vaxt məğlub olub. Amma öz qürurunu itirməyib və ayaqda qalmağı bacarıb. Şübhəsiz ki, NATO- suz Türkiyə Rusiya səviyyəsində gücə malik deyil. Daha bir müsahibim Mehti adlı gəncdir. Mehdinin də mövzu barədə fikirləri maraqlıdır. Mehti Rusiya-Türkiyə müharibəsi olsaydı nə edərdin sualına belə cavab verdi: -Əlbəttə ki, canımla və qanımla din və qan qardaşlarımızın yanında olardım. Amma belə qarışıq vəziyyətdə Rusiyadan asılığımızı inkar etmək olmaz. -Əgər ruslar Naxçıvan məsələsində ciddiyə alsalar sən istərdin ərazimizdə ikinci münaqişə ocağı olsun?? -Tarix boyu bu iki dövlət Balkanlar və Qafqazda söz sahibi olmağa çalışıb . Naxçıvan məsələsi buna yaxşı bəhanə olardı.. -Fikrinizcə, Türkiyə ruslarla baş- başa gələcək gücə malikdirmi?? -Biz orta əsrlər dönəmində yaşamırıq. Burda artıq bölgə müharibəsi getmir. Türkiyə Nato kimi güclü alyansın üzvüdür. Rusiya isə Şərqdə özünə müttəfiq tapmaq istəyir. Belə getsə bu 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. . Daha bir müsahibim orta məktəbdə fiziki tərbiyə fənnini tədris edən Renat müəllimdir. -Rus-Türk müharibəsi başlasaydı siz nə edərdiniz ? -Təbiyiki qardaşlarımızın yanında olaram yeri gəlsə döyüşərəm. -Necə fikirləşirsiz, müharibə olarsa, NATO Türkiyəni axira kimi müdafiə edəcək? -Türkiyə yenilməyəcək. Nato məsələsinə qalanda isə bu vəziyyətə görə də dəyişə bilər. -Həmsöhbət olduğum bu insanlar siyasətdən uzaq sadə adamlardı. Amma baş verən hadislərə özlərinə məxsus, maraqlı siyasi baxışlari var. Həyat o qədər çevik dəyişir, hər şey o qədər tez yenilənir ki. bu, insanlarda formalaşan siyasi baxışlara da təsirsiz ötüşmür. Rövşən Şirxanlı Geri dön |