Ana Sayfa > Karusel / Ölkə > Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq
Sürüşmə baş verən Bibiheybət yolu sabah açılacaq30-12-2019, 13:53. Yazar: sevinc1 |
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən aia.az-a verilən məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur. 31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır. Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub. aia.az Geri dön |