Ana Sayfa > Gündəm > Ramiz Quliyev Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanı ilə təltif edilib

Ramiz Quliyev Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanı ilə təltif edilib


30-12-2019, 10:42. Yazar: sevinc1
Ramiz Quliyev Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanı ilə təltif edilib



Artıq xəbər verildiyi kimi, dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. O cümlədən Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramiz Quliyev Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanı ilə təltif edilib.

Bu münasibətlə dəyərli dostumuz Hacı Ramiz Quliyevi ürəkdən təbrik edir, ona qarşıdan gələn yeni, 2020-ci ildə yeni-yeni uğur və nailiyyətlər diləyirik!

aia.az
Geri dön