Ana Sayfa > Siyasət > Putin və Merkel telefonla danışıqlar aparıb

Putin və Merkel telefonla danışıqlar aparıb


30-12-2019, 10:09. Yazar: sevinc1
Putin və Merkel telefonla danışıqlar aparıb


Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər “Şimal axını-2”, Liviya və Suriyadakı vəziyyət, Donbasda girovların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Putin və Merkel “Şimal axını-2” layihəsinə gələcəkdə dəstəklərini bir daha təsdiqləyiblər. Gələn ilin yanvarından Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd ediblər.

Liderlər Suriya və Liviyadakı vəziyyəti, həmçinin Almaniya və BMT-nin vasitəçiliyini müzakirə ediblər, böhranın həlli üçün səyləri artırmağı razılaşdırıblar.

Bundan əlavə, Putin və Merkel Donbasda məhbusların mübadiləsini müsbət qiymətləndiriblər.
Geri dön