Ana Sayfa > Ölkə > İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu –

İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu –


29-12-2019, 14:51. Yazar: sevinc1
İcra başçısının köməkçisinin həyat yoldaşı da deputatlığa namizəd oldu –


Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini irəli sürüb.



Pravda.az-ın xəbərinə görə, S.Şahbazova Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktorudur.



Mediada namizədlə bağlı məlumatlar məhdud səviyyədədir. S.Şahbazova Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyevin köməkçisi Pöhran Şahbazovun həyat yoldaşıdır.



Biləsuvardan verilən məlumatlarda qeyd olunur ki, müəllimlər Heydər Əliyev Mərkəzində məşğələlər də təşkil edirlər.



Qeyd: Hazırda 66 saylı Biləsuvar seçki dairəsinin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıdır.

aia.az
Geri dön