Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi
Azərbaycanda icra hakimiyyətinin sabiq əməkdaşı həbs edildi28-12-2019, 15:58. Yazar: sevinc1 |
![]() Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edilir ki, adıçəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədilə külli miqdarda pul alıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |