Ana Sayfa > Ölkə > Azyaşlı məktəblilərə yeni il hədiyyələri paylanıldı -

Azyaşlı məktəblilərə yeni il hədiyyələri paylanıldı -


28-12-2019, 14:50. Yazar: sevinc1
Azyaşlı məktəblilərə yeni il hədiyyələri paylanıldı -



28 dekabr 2019- cu il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüs və dəstəyi ilə Salyan rayonunun Aşağı Noxudlu, Arbatan, Kürqaraqaşlı, Qızılağac və Sarvan kənd tam orta məktəblərində azyaşlı məktəblilər üçün bayram hədiyyələri paylanılmışdır.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov uşaqları səmimi qəlbdən salamlayaraq, onlara ən xoş arzularını çatdırdı və onları qarşıdan gələn "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə təbrik edərək yen ildə məktəb həyatında uğurlar arzuladı.

Keçirilən tədbirin sonunda Salyan rayonunun 5 kənd məktəbindən olmaqla 80 nəfər uşaq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bayram hədiyyələri ilə şaxta baba tərəfindən sevindirildilər.

aia.az
















Geri dön