Ana Sayfa > Karusel / Siyasət > Seyidov deputatlığa namizəd olduğu bölgə ilə bağlı şeir yazdı:

Seyidov deputatlığa namizəd olduğu bölgə ilə bağlı şeir yazdı:


28-12-2019, 13:00. Yazar: sevinc1
Seyidov deputatlığa namizəd olduğu bölgə ilə bağlı şeir yazdı:


Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yazdığı şeirdən bir parça paylaşıb.

Oxu.Az-ın məlumatına görə, S.Seyidovun şeiri Qazaxla bağlıdır. O yazıb:

“Qatar gedir, zaman ötür,
Qazax tərzdə dönür ömür,
Doğma diyar səsləyəndə,
Könül dildən şeir tökür...”

Qeyd edək ki, S.Seyidov Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədədir.

Xatırladaq ki, S.Seyidov Azərbaycan, rus və ingilis dillərində şeirlər yazır.

aia.az
Geri dön