Ana Sayfa > Gündəm > Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar endiriləcək
Qazaxıstanın Bakıdakı səfirliyində bayraqlar endiriləcək27-12-2019, 17:04. Yazar: sevinc1 |
![]() Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar sabah bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək. Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Prezident Kasım-Jomart Tokayevin göstərişi ilə dekabrın 28-i Qazaxıstanda milli matəm günü elan edilib. Xatırladaq ki, bu gün səhər saatlarında Almatı-Nur-Sultan istiqamətində uçan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb. aia.az Geri dön |