Ana Sayfa > Təhsil > Məleykə Abbaszadə:

Məleykə Abbaszadə:


27-12-2019, 10:53. Yazar: sevinc1
Məleykə Abbaszadə:


“Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək.

Oxu.Az-ın məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Dirtektorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu prosesdə ən müasir alətlərdən istifadə ediləcək.

“Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar. Bunun şəffaflığının təmin olunmasında təkcə bizim idarə heyəti yox, bütün bu prosesə müşahidə edən şura nəzarət edəcək”, - deyə M.Abbaszadə əlavə edib.

O qeyd edib ki, müsabiqə ilə bağlı hər bir addım ictimaiyyətə çatdırılacaq.

aia.az
Geri dön