Ana Sayfa > Karusel / Cəmiyyət > Tərtərdə polis mayoru bıçaqlanıb

Tərtərdə polis mayoru bıçaqlanıb


27-12-2019, 09:29. Yazar: sevinc1
Tərtərdə polis mayoru bıçaqlanıb

Tərtər rayonunda polis zabiti bıçaqlanıb.

Azvision.az xəbər verir ki, hadisə ötən gün rayonun Buruc kəndində baş verib. Belə ki, kənd sakini Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib.

Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis zabitinə 5 bıçaq zərbəsi vurub. E. Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib. Cinayəti törədən S. Nəcəfov saxlanılıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

aia.az
Geri dön