Ana Sayfa > Şou-biznes > Cəmil sükutu pozacaq

Cəmil sükutu pozacaq


26-12-2019, 15:08. Yazar: sevinc1
Cəmil sükutu pozacaq

Gənc müğənni Cəmil “STAR” tezliklə yeni diskini təqdim edəcək.

aia.az xəbər verir ki, ifaçı bunun üçün tez-tez Türkiyəyə getdiyini bildirib:

"Tezliklə diskimin təqdimatını edəcəm. Ona xüsusi hazırlaşıram. Onun üzərində bir ildir iş gedir. Hər dəfə studiyada mahnıların üzərində müxtəlif dəyişiklik edirik. Ona görə də, bu günə qədər uzanıb. Albom Türkiyədə işıq üzü görəcək. "DMC" şirkəti ilə əməkdaşlığa imza atmışam. Albom üçün Türkiyədə xüsusi fotosessiya da etdirmişəm. Orda çoxsaylı dostlarım var. Bu son deyil. "DMC" ilə iş birliyimiz davam edəcək".

Qeyd edək ki, bu şirkətdə Ajda Pekkan,Tarkan, Sezen Aksu kimi məşhurlar var.

aia.az
Geri dön