Ana Sayfa > Manşet / Siyasət > Baş Nazir vəzifəsindən istefa verən Novruz Məmmədov:

Baş Nazir vəzifəsindən istefa verən Novruz Məmmədov:


26-12-2019, 12:32. Yazar: sevinc1
Baş Nazir vəzifəsindən istefa verən Novruz Məmmədov:


Çalışmışam ki, mənə göstərilən etimadı doğruldum. Qarşısında duran vəzifəni layiqincə, vicdanla yerinə yetirən şəxs kim olmasından asılı olmayaraq, əvvəl-axır uğur qazanacaq, öz layiq olduğu yerdə olacaq. Azərbaycan cəmiyyətində bu, özünü doğruldur. Mən heç bir faktor olmadan yüksək postlara təyin olunmuşam”.



aia.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Baç Naziri, Azərbaycan Xarici Dillər Universitetinin prorektoru Novruz Məmmədovun Lent.az -a müsahibəsində deyib.



“Universiteti fərqlənmə ilə bitirdiyim üçün nazirliyin qərarı ilə universitetdə qaldım. Fransız dilini yaxşı bildiyim üçün məni xaricə göndərdilər və bir müddət orada çalışdım. Bundan sonra iki dəfə xaricdə baş hərbi tərcüməçi kimi çalışmışam. Ölkəyə qayıdandan sonra dekan müavini, kafedra müdiri, dekan vəzifələrində çalışdım. Bundan sonra ulu öndər məni Administrasiyada işləməyə dəvət etdi. Mən öz üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdiyim üçün vəzifədən vəzifəyə yüksəlmişəm. Bu bizim ölkə və cəmiyyət üçün göstəricidir. Təkcə bu ilin özündə nə qədər dəyişikliklər oldu. İslahatlar nəticəsində vəzifəyə gətirilən gənclərin fəaliyyəti göz önündədir. Onların nailiyyətlərini biz müşahidə edirik. İndiki reallıqda belə də davam etməliyik. Dövr rəqabət, mübarizə dövrüdür. Ölkəmizin indiki vəziyyəti nəzərə alınmalıdır. Əhalisinin sayına və ərazisinə görə kiçik ölkə olmağımıza baxmayaraq, ölkəmiz dəfələrlə ən güclü ölkələr siyahısında yer alır. Güclü olmaq əhalinin sayından yaxud ərazinin ölçüsündən asılı olan faktor deyil. Güclü olmaq beynəlxalq aləmdə ölkənin rəhbəri ilə xalqın arasında olan birliklə ölçülür. Ölkədə olan vəziyyət-sabitlik, təhlükəsizlik burada xüsusi rol oynayır. Artıq ölkədə elə bir sahə yoxdur ki, orada islahatlar keçirilməsin. Bu uğurlu proseslərin davam etməsi Azərbaycanda gələcək nəsillər üçün də xeyli imkanlar açacaq” – sabiq Baş Nazir qeyd edib.

aia.az
Geri dön