Ana Sayfa > Gündəm > Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayrılıb
Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayrılıb25-12-2019, 17:57. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılsın. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. aia.az Geri dön |