Ana Sayfa > Gündəm > Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları verilir25-12-2019, 17:52. Yazar: sevinc1 |
![]() Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılımağa başlanılıb. Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və «Regional İnkişaf» İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq. aia.az Geri dön |