Ana Sayfa > Manşet / Ölkə > FHN əhaliyə müraciət etdi -
FHN əhaliyə müraciət etdi -25-12-2019, 12:58. Yazar: sevinc1 |
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən aia.az -a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir: - Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; - İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; - Ağac tezalışan oyuncaqla bəzədilməməli; - Qapalı məkanda atəşfəşanlıq edilməməlidir; Bayram şənliyində bunlar nəzərə alınmalıdır: - Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; - Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; - Pəncərədə dəmir barmaqlıq olmamalı; - Məkanın iki çıxışı olmalı; - Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı; - Otağın qapıları mütləq bayıra açılmalı; - Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; - Şənlikdə işıq tam söndürülməməli; - Şənliyə tezalışan materialdan paltar geyinilməməli; - Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib. aia.az Geri dön |