Ana Sayfa > Manşet / Siyasət > Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib


24-12-2019, 13:09. Yazar: sevinc1
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən aia.az-a məlumatına görə, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları yüksək səviyyədə mütəmadi olaraq keçirilən görüşləri və bu günlərdə Sankt-Peterburq şəhərindəki təmasları məmnunluqla xatırlayaraq strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Prezident İlham Əliyev və Prezident Vladimir Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər.

aia.az
Geri dön