Ana Sayfa > Təhsil > Ceyhun Bayramov:
Ceyhun Bayramov:24-12-2019, 12:53. Yazar: sevinc1 |
Son illərdə əldə edilən ən böyük nailiyyət müəllim nüfuzunun artırılması olub. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin sayı 3 dəfədən çox artıb. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizdə həyata keçirilən islahatlar təhsil sahəsinə müsbət təsir göstərib, ümumtəhsil müəssisələrində təhsil göstəriciləri ilə bağlı nailiyyətlər əldə edilib. Məktəb tikintisi ahəsində aparılan işlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin göstəricisi 35 faizdən 14 faizə enib". C.Bayramov qeyd edib ki, müəllimlərin əməkhaqqının son artımından sonra aylıq əməkhaqqı min manatdan çox olan müəllimlərin sayı 5000 nəfərə çatıb. Onun sözlərinə görə, aparılan işlər nəticəsində artıq ucqar kəndlərdə 5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunub. Növbəti ildə ölkə üzrə məktəbəqədər təhsilə cəlb olunan 5 yaşlı uşaqların göstəricisinin 90 faizə çatdırılması nəzərdə tutulur. Nazir deyib ki, ali təhsilin əlçatanlılığının artırılması sahəsində Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib: "2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil olan, 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb. Dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə verilən sərəncamda növbəti müddətlər üçün konkret hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib". C.Bayramov müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanların akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malik olduğunu vurğulayıb. Təhsil naziri qeyd edib ki, ölkədə elmi tədqiqatların effektivliyi xeyli yüksəlib. Onun bildirdiyinə görə, şagirdlər arasında ixtiracılığın inkişafı əsas məqsədlərdəndir. aia.az Geri dön |