Ana Sayfa > Karusel / Siyasət > Əli Əhmədov:
Əli Əhmədov:24-12-2019, 12:18. Yazar: sevinc1 |
Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi Baş nazirin müavini Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub: “Lakin bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm”. aia.az Geri dön |