Ana Sayfa > Manşet / Siyasət > Məzahir Pənahov:

Məzahir Pənahov:


23-12-2019, 14:42. Yazar: sevinc1
Məzahir Pənahov:


Bələdiyyə seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilk dəfə həyata keçirilir. Ona görə də hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparmışıq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb: "Bizim hesablamalarımıza görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin istifadəsi ilə bağlı heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün dairə və seçki məntəqələrinə göndərdiyimiz qurğulardan istifadə çox sadədir. Buna görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu, dünyanın bütün yerlərində belədir) onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın".

M.Pənahov əlavə edib ki, seçki məntəqələri ən yüksək səviyyədə seçkilərin keçirilməsinə hazırdır.

Onun sözlərinə görə, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb.

aia.az
Geri dön