Ana Sayfa > Karusel / Media > İtkin düşən qız 16 il sonra xəstəxanada tapıldı
İtkin düşən qız 16 il sonra xəstəxanada tapıldı23-12-2019, 13:01. Yazar: sevinc1 |
Rusiyanın Tomsk bölgəsində yeniyetmə yaşında itkin düşən qız 16 il sonra Krasnoyarsk xəstəxanasında tapılıb. Rambler.ru xəbər verir ki, bu barədə “İtkin düşmüş uşaqların axtarışı – Krasnoyarsk” könüllülər təşkilatı informasiya yayıb. “Yuliyanın qohumları tapılıb. Qız 2003-cü ildə itib və 16 il ərzində yaxınları onun aqibəti barədə heç nə bilməyib. Bütün bu vaxtı qız Krasnoyarskdakı xəstəxanada keçirib. 2019-cu ilin fevralında bizim könüllülər təşkilatımız axtarışlara başladı və budur nəticəsi”, - təşkilatdan bildirilib. Həmçinin, qeyd olunub ki, Yuliya 2003-cü ilin payızında Krasnoyarskda tapılıb. O, yalnız öz adını deyə bilib. 16 ili psixonevroloji internatda keçirib. Uzun illər sonra təşkilatın informasiyaları əsasında qardaşı onu tanıyıb və müraciət edib. aia.az Geri dön |