Ana Sayfa > Karusel / Siyasət > Prezidentə təbrik məktubları gəlməkdə davam edir
Prezidentə təbrik məktubları gəlməkdə davam edir23-12-2019, 11:10. Yazar: sevinc1 |
Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. aia.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm. Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir. Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq". Bundan başqa, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər. aia.az Geri dön |