Ana Sayfa > Siyasət > Bələdiyyə seçkilərində seçici fəallığı 8,51 faiz təşkil edib -

Bələdiyyə seçkilərində seçici fəallığı 8,51 faiz təşkil edib -


23-12-2019, 11:09. Yazar: sevinc1
Bələdiyyə seçkilərində seçici fəallığı 8,51 faiz təşkil edib -


Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 8,51 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi xəbər verir.

Belə ki, saat 10:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 423 361 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

aia.az
Geri dön