Ana Sayfa > Siyasət > "Seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq" -

"Seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq" -


20-12-2019, 17:55. Yazar: sevinc1
"Seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq" -


Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin səsverməsi üçün bütün lazımi şərait yaradılacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, ümumilikdə 5575 seçki məntəqəsi fəaliyyət göstərəcək.

M.Pənahovun sözlərinə görə, məntəqələrin hər birində bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz səsvermə hüquqlarını layiqincə reallaşdıra bildirsinlər.

MSK sədri qeyd edib ki, müşahidəçilərin öz missiyalarını yerinə yetirə bilmələri üçün də lazımi şərait yaradılacaq.



aia.az
Geri dön