Ana Sayfa > Dünya > Tramp meydan oxudu:

Tramp meydan oxudu:


20-12-2019, 14:43. Yazar: sevinc1
Tramp meydan oxudu:


ABŞ Prezidenti Donald Tramp Senatda özünün impiçment prosesi ilə bağlı dinləmələrin təcili keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, Tramp bu barədə Tvitter səhifəsində yazıb.

“Nümayəndələ Palatasındakı demokratlar özlərinin saxta impiçmentinin lehinə respublikaçılardan bir səs belə ala bilməyiblər. Respublikaçılar indiyə qədər belə birlik göstərməmişdi”, - deyə o bildirib.

ABŞ Prezidenti demokratların “uyğun olmayan” şahidlərin prosesə çağırılacağından ehtiyat etdikləri üçün qanun layihəsini Senata göndərmək istəmədiklərini söyləyib. O, demokratların Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin rəhbəri Adam Şifi korrupsioner siyasətçi adlandıraraq, onun dindirilməsinə mane olmağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, Şif erməniyönlü konqresmendir. O, erməni lobbisinin Konqresdə ən güclü təmsilçilərindən biri kimi tanınır.

aia.az
Geri dön