Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Nazirlik Balakəndəki silahlı insidentlə bağlı məlumat yaydı

Nazirlik Balakəndəki silahlı insidentlə bağlı məlumat yaydı


19-12-2019, 12:29. Yazar: sevinc1
Nazirlik Balakəndəki silahlı insidentlə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Balakən rayonunda kişinin ailə üzvlərinə qarşı silahla atəş açması nəticəsində yaralananların səhhəti ilə bağlı məlumat yayıb.
Nazirlikdən aia.az -a verilən məlumata görə, Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:

"Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir. 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib".


aia.az
Geri dön