Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı -

Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı -


19-12-2019, 11:44. Yazar: sevinc1
Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı -


Səhiyyə müəssisələrinin Nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, pulsuz səhiyyənin özünü doğrultmadığı bəllidir:

“Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”.

R.Əliyev bildirib ki, Nazirlik dövlətin səhiyyə siyasətini daima yürüdür və yürüdəcək. O vurğulayıb ki, tibb müəssisələri mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.

aia.az
Geri dön