Ana Sayfa > Manşet / Ölkə > Zərdab – meliorativ tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata keçirilir
Zərdab – meliorativ tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata keçirilir19-12-2019, 11:23. Yazar: sevinc1 |
Mircəlal Mirzəyevin rəhbərlik etdiyi Zərdab Suvarma Sistemləri İdarəsi təsərrüfatlarda maksimum məhsuldarlığın təmin olunması yönümündə uğurla fəaliyyət göstərir Lakin Zərdab Suvarma Sistemləri İdarəsinin fəaliyyətindən bəhz etməzdən öncə, dünən ölkə mətbuatına aid olan saytlardan birində dərc olunmuş bir materiala dair bəzi fikirlərimlə bölüşmək istərdim. Məsələ bundadır ki, dərc olunmuş materialda sözügedən suvarma idarəsinə və onun rəhbərliyinə qarşı elə gülünc ittihamlar irəli sürülür ki, onların real olmadığını isbatlamaq üçün hansısa araşdırma aparmağa belə ehtiyac qalmır. Təsəvvür edin, necə ola bilər ki, bütöv bir kəndin əkin sahələri suvarma suyunun verilməməsi səbəbindən “yanıb kül olur”, amma bu problem həmin kəndin üç nəfər sakinindən başqa heç kimi maraqlandırmır. Üstəlik də aqrar sahənin daha da inkişaf etdirilməsi məsələsini ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxladığı bir zamanda. Hələ mən onu demirəm ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadə və müavinləri mütəmadi olaraq rayon və bölgələrdə sakinlərlə görüşlər və vətəndaşların fərdi qəbullarını keçirirlər. Bu görüşlərin mövcud problemlərin operativ həlli baxımından yüksək effektivliyə malik olduğunu isə hər kəs təsdiq edə bilər. Amma sözügedən materialın bilavasitə Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevə və dolayısı ilə ASC-nin sədrinə qarşı hazırlanmış növbəti böhtan hücumu olduğu yazının ikinci hissəsində açıq-aydın üzə çıxır. Məlum olur ki, sayt vasitəsilə “həqiqətləri” ictimailəşdirməyə çalışan şikayətçilərdən biri əvvəllər özü də məhz elə Zərdab Suvarma Sistemləri İdarəsinin əməkdaşı olub. Lakin müəyyən səbəblərdən həmin şəxsi işdən azad ediblər. Əlbəttə, bu səbəblər bizə məlum deyil və bununla bağlı heç bir iddia irəli sürə bilmərik. Amma idarənin keçmiş əməkdaşı tərəfindən həmin müəssisədə guya ki, həyata keçirilən maxinasiyalar elə səlistliklə və təfərrüatlarla sadalanır ki, istər-itəməz həmin şəxsin özünün bu əməlləri törətmiş olmasına dair ehtimal ortaya çıxır. Digər tərəfdən də keçmiş əməkdaşın ittihamları belə bir sual da yaradır ki, bəs görəsən bu “həqiqətsevər” şəxs dövlətdən məvacib aldığı dövrlərdə idarədə guya ki, baş verənlərə qarşı öz etiraz səsini niyə ucaltmırdı..? Belə məlum olur ki, sözügedən materialda irəli sürülən ittihamlar işdən çıxarılmış sabiq əməkdaşın keçirdiyi “rəhbərlikdən hayıf alma” aksiyasından başqa bir şey deyildir. Zərdab Suvarma Sistemləri İdarəsinin fəaliyyətinə gəlincə isə, bizə rayondan daxil olan məlumatlara görə, Mircəlal Mirzəyevin rəhbərlik etdiyi bu müəssisə öz işini tamamən günün tələblərinə uyğun qurub və bu gün də su təsərrüfatının səlis işləməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə edilir. Aldığımız məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri idarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması da daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. Bir sözlə, rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə Zərdab Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |