Ana Sayfa > Karusel / Siyasət > Yadigar Sadıqlı Arif Hacılıya:

Yadigar Sadıqlı Arif Hacılıya:


18-12-2019, 10:06. Yazar: sevinc1
Yadigar Sadıqlı Arif Hacılıya:


Müsavat Partiyasını 88 saylı seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Aqil Mahmudov ətrafında dünəndən gedən müzakirələri izləyirəm. Ona qarşı ittihamlara cavab olacaq alababat bir arqument görmədim. Adam 2005-ci ildə siyasi mövqeyinə görə həbs olunan Ruslan Bəşirliyə qarşı yalan ifadələr belə veribmiş. Ən maraqlısı da odur ki, Ruslan Bəşirlinin vəkili Müsavat Partiyasının indiki başqan müavini və Divan üzvü Osman Kazımov olub. Yəni "bilməmişik", "xəbərimiz olmayıb" kimi arqumentlərə yer qalmır. Üstəlik, Osman Kazımov da indi Ruslan Bəşirliyə yazır ki, 2005-də olan şey 2019-da niyə yadına düşüb. Görəsən, bu hadisənin Aqil Mahmudov Müsavatdan namizəd olanda deyil, nə zaman xatırlanılacaqdı?

aia.az-ın məlumatına görə, bunu Müsavat Partiyasının başqanının keçmiş müşaviri Yadigar Sadıqlı deyib. O, "Facebook" paylaşımında Müsavat partiyası rəhbərliyinə belə suallar ünvanlayır: "Niyə axı, niyə? Hansı səbəb, hansı motiv sizi məcbur edir belə adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz? Ziyanı göz önündə olan bu addımın uduşu nədir?

Bilirəm, heç nəyə cavab verməyəcəksiniz. Əksinə, Arif Hacılı daxildə təbliğat aparacaq ki, Yadigar deputat olmaq üçün Müsavata (rəhbərliyə yox, Müsavata!) hücum edir. Ölüm də fəaliyyəti var axı... Bəlkə İsa Qəmbər "mübarizə hakimiyyətlə Müsavat arasında gedir" kimi növbəti aforizm də deyəcək. Amma bununla vəziyyət dəyişmir ey, Müsavatı günü-gündən biabır edirsiniz".

aia.az
Geri dön