Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb
Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb18-12-2019, 10:02. Yazar: sevinc1 |
2019-cu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,63 faiz artaraq 293,831 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Nazirlikdən bildiriblər ki, noyabr ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı ötən illə müqayisədə 5,88 faiz artıb və 27,059 milyon dollara bərabər olub. Ümumilikdə 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana ixrac 9,13 faiz artaraq 1,429 milyard dollar təşkil edib. Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 24,76 faiz artıb və 157,499 milyon dollara bərabər olub. aia.az Geri dön |