Ana Sayfa > Gündəm > Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib


17-12-2019, 13:13. Yazar: sevinc1
Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyində Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət sərgisi keçirilib.

Sərgidə şagirdlərin “Sumqayıt uşaqların gözü ilə” rəsm müsabiqəsinə təqdim etdiyi rəsm işləri nümayiş olunub.

Tədbirdə əvvəlcə muzeyin elmi katibi Sənurə Lazımovanın və məktəbin müəllimi Nəsibə Şükürovanın mövzu ilə əlaqədar çıxışları dinlənilib.

Sonra müsabiqənin nəticələrində görə I,II və III yerin qalibləri, o cümlədən, həvəsləndirici yerlərin sahibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.









Geri dön