Ana Sayfa > Gündəm > Ağstafaya sürət qatarı ilə getmək mümkün olacaq

Ağstafaya sürət qatarı ilə getmək mümkün olacaq


17-12-2019, 12:34. Yazar: sevinc1
Ağstafaya sürət qatarı ilə getmək mümkün olacaq


"Elektrik qatarlarını Ağstafaya qədər uzatmaq istəyirik".

Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün ikili sistemlə işləyən yeni qatarlar gətirilib: "Azərbaycan dəmir yollarında stabil cərəyandan dəyişən cərəyana keçilir. Böyük Kəsikdən Gəncəyə qədər olan ərazinin dəyişən cərəyan keçilməsi 5-6 ay tələb edir. Çalışacağıq ki, 2 ay ərzində Ağstafaya gedən qatarların sürətini tənzimləyib işə salaq. Ağstafadan Qazaxa 15 km-lik məsafə var. Düşünürəm ki, Ağstafa yolu yaxşı işləsə, Qazax sakinləri də bu yoldan istifadə edə bilər. Qazax stansiyası hələlik istifadəyə verilmir, çünki intensiv deyil və xərcləri var. Stansiya öz xeyrini ödəmədiyi üçün bu məsələ bir qədər çətin olacaq”.


aia.az
Geri dön