Ana Sayfa > Dünya > Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı

Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı


17-12-2019, 10:53. Yazar: sevinc1
Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı


Rusiya hərbi dəniz donanması Suriya Hərbi Dəniz Qüvvələri ilə birgə Aralıq dənizinin şərqində təlimlərə başlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, manevrlərdə Rusiya yerüstü gəmiləri, “Hmeymim” aviabazasından təyyarələr, raket gəmiləri və Suriya Hərbi Dəniz Qüvvələrinin minaaxtaranları iştirak edir.

Kontr-admiral Aleksandr Yuldaşev bildirib ki, təlimlər müxtəlif taktiki epizodların işlənib hazırlandığı vahid bir əməliyyat fonunda həyata keçiriləcək. Xüsusilə, Rusiya və Suriya gəmilərindən ibarət taktiki qruplar birgə artilleriya atəşi üzrə məşqlər və manevrlər edirlər.

aia.az
Geri dön