Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Evindən 80 min manat oğurlanan həkim:

Evindən 80 min manat oğurlanan həkim:


16-12-2019, 16:44. Yazar: sevinc1
Evindən 80 min manat oğurlanan həkim:



“İki gün ərzində evimdən oğurluq edən şəxsləri axtarıb tapdıqlarına görə polis əməkdaşlarına təşəkkür edirəm”.

Bunu Azvision.az -a açıqlamasında Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimov deyib. Yaşadığı mənzildən təxminən 80 min manata yaxın pul oğurlanan həkim hazırda səhhətində problem olduğunu bildirib.

“Daxili İşlər Nazirliyinə və onun əməkdaşlarına, Lənkəran rayon Polis Şöbəsinin rəisinə minnətdarlığımı bidirirəm. İki gün ərzində cinayətkarı tapdılar. Sağ olsunlar. Amma özüm yaxşı deyiləm, səhhətimdə problem var. Bir neçə gündür ki, xəstəyəm, yatıram. Başqa heç nə deyə bilmərəm. Kim cinayət törədibsə, öz cəzasını da çəkəcək”, - deyə A.Əzimov vurğulayıb.

Qeyd edək ki, Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovun mənzilindən dekabrın 12-də 45 min dollar və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Ümumilikdə A. Əzimova 80 min manat ziyan vurulub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.


aia.az
Geri dön