Ana Sayfa > Cəmiyyət > Görüşə gəlməyən keçmiş sevgilisini 120 bıçaq zərbəsi ilə öldürdü

Görüşə gəlməyən keçmiş sevgilisini 120 bıçaq zərbəsi ilə öldürdü


16-12-2019, 14:45. Yazar: sevinc1
Görüşə gəlməyən keçmiş sevgilisini 120 bıçaq zərbəsi ilə öldürdü


Rusiyada gənc onunla görüşə gəlməyən keçmiş sevgilisini öldürüb.

Belə ki, 23 yaşlı Belqorod sakini beş il əvvəl sosial şəbəkədə 14 yaşlı qızla tanış olub.

ZNAMYA31.RU-nun xəbərinə görə, oğlan hərbi xidmətdə olan zaman onlar ara-sıra məktublaşıblar.

Daha sonra sevgilisinin qısqanclığından bezən qız ondan ayrılıb.

Qızın onunla görüşməməsindən qəzəblənən şəxs gecə evlərinə gedərək kiçik qardaşının gözü önündə ona 120 bıçaq zərbəsi endirərək öldürüb.

O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

aia.az
Geri dön