Ana Sayfa > Manşet / Siyasət > Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək:
Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək:16-12-2019, 09:51. Yazar: sevinc1 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə R.T.Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibəsində bildirib. R.T.Ərdoğan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu Bakıya dəvət edib. “İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, - deyə Türkiyə Prezidenti əlavə edib. Qeyd edək ki, futbol üzrə “Avro-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək. A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər üç oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək. aia.az Geri dön |