Ana Sayfa > Karusel / Parlament > Azərbaycana narkotik gətirən İran vətəndaşı tutuldu
Azərbaycana narkotik gətirən İran vətəndaşı tutuldu13-12-2019, 10:14. Yazar: sevinc1 |
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən aia.az-a verilən məlumata görə, cari ilin dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr tiryək narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |