Ana Sayfa > Siyasət > Deputat:

Deputat:


12-12-2019, 17:06. Yazar: sevinc1
Deputat:



Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən ulu öndər Heydər Əliyev Azərbaycanın taleyində günəş kimi parlayıb, qüdrətli dövlət xadimi kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb:

“Elə bu səbəbdən də Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Tanrı ən çətin və keşməkeşli dövrlərdə milli dövlətçiliyi, azərbaycançılıq ideyalarını hər şeydən üstün tutan, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edən dahi şəxsiyyəti - Heydər Əliyevi Azərbaycan xalqına bəxş edib”.

P.Kərimzadə qeyd edib ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyev Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqeyini tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib:

“Azərbaycan qadınlarının bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkilməsini, yüksək vəzifələrə təyin edilməsini, xüsusən elm və təhsil sistemində qadınların layiqli iştirakına dəstək göstərilməsini dövlətin əsas vəzifə kimi irəli sürən dahi şəxsiyyət deyirdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsinə diqqətimizi xeyli artırmalıyıq”.

Deputat əlavə edib ki, ümummilli liderin hakimiyyətdə olduğu hər iki dövrdə ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlanılıb:

“Azərbaycan qadınlarının hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda geniş əksini tapıb, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci il martın 6-da Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman əvəzedilməz bir sənəd kimi ölkəmizdə qadın hərakatının genişlənməsinə şərait yaradıb.

Ümummilli liderin qadınlar haqqında söylədiyi müdrik fikirlər hər zaman aktuallığıını qoruyub: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

P.Kərimzadə əlavə edib ki, ulu öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daxili və xarici siyasətində qazandığı böyük uğurlarda təsdiqini tapdığı kimi qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi də dövlət siyasətində prioritet istiqamətinə çevrilib: “Bu gün Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Azərbaycan qadını həm dövlət qulluqçusudur, həm də ictimai-siyasi xadimdir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti görsənməsin. Bəli, müasir həyatımızda Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir”.

aia.az
Geri dön