Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Aia TV / Karusel > Sürücülərin nəzərinə: Sığorta fırıldaqçıları peyda olub - VİDEO

Sürücülərin nəzərinə: Sığorta fırıldaqçıları peyda olub - VİDEO


10-02-2016, 10:27. Yazar: admin

Diqqətli olun!

Bakıda bir qrup sığorta fırıldaqçısı özünü sığorta agenti kimi təqdim edərək, sürücülərə ya SMS göndərir, ya da birbaşa zəng edərək icbari sığortalarının etibarsız olduğunu deyirlər. Buna inanan sürücüyə isə əlavə pul müqabilində sığortanı bərpa etməyi təklif edirlər.

Aia.az xezerxeber-ə istinadən xəbər verir ki, bu, son vaxtlar ortaya çıxan sığorta fırıldaqçılarının ən çox istifadə etdikləri yoldur.

Sığorta eksperti Abbas Babayev deyir ki, sığorta müqavilələri avtomobilin sahibindən asılı olmayaraq öz qüvvəsində qalır. Yalnız bir halda icbari sığortaya vaxtından əvvəl xitam verilə bilər.

Bu kimi hallarla insanları aldadan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
[media=Xəbəraz.az]
Geri dön