Ana Sayfa > Cəmiyyət > Bərdədə patlayış olub, xəsarət alan var

Bərdədə patlayış olub, xəsarət alan var


11-12-2019, 16:00. Yazar: sevinc1
Bərdədə patlayış olub, xəsarət alan var




Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) aia.az -a verilən məlumata görə, yanğın nəticəsində ətrafa dağılan yanacaq və otağın tavanı qismən yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


aia.az
Geri dön