Ana Sayfa > Manşet / Təhsil > Uşaq müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti uğurla həyata keçirilir

Uşaq müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti uğurla həyata keçirilir


11-12-2019, 12:46. Yazar: sevinc1
Uşaq müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti uğurla həyata keçirilir




Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub

Birmənalı olaraq demək lazımdır ki, məktəbəqədər təhsil prosesi uşaqların həm intellektual, həm fiziki, həm də psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Eyni zamanda da bu proses uşaqların məktəbə və ictimai həyata hazırlanmasına, onlarda sərbəstlik, yaradıcılıq və təşəbbüskarlıq kimi keyfiyyətlərin formalaşmasına ciddi təsir edir. Məhz bu baxımdan da bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işi ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir və hər zaman ciddi müzakirələrə səbəb olur.



Ölkəmizdə uşaq və gənclər məsələsinə dövlət tərəfindən hər zaman yüksək həssaslıq nümayiş etdirilib və bu gün də bu sahə xüsusi diqqət və qayğı ilə əhatə olunub. Təkcə son illər ərzində ölkədə mövcud olan üşaq bağçalarının, məktəblərin və digər bu kimi müəssisələrin təmirinə və yenidən qurulmasına, yenilərinin inşa edilməsinə ayrılan dövlət vəsaitlərinin məbləği artıq bu sahədə görülən işlərin böyük miqyasından xəbər verir. Eyni zamanda da bu müəssisələrin fəaliyyəti daim dövlətin nəzarətində saxlanlıır ki, bu da həmin fəaliyyətin bütünlüklə uşaqların rifah və mənafeylərinə xidmətə yönəldilməsini təmin edir. Etiraf edək ki, bir neçə il bundan əvvələ qədər ölkəmizdə məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyəti bir çox ciddi nöqsanlarla diqqəti cəlb etməkdə idi. Xüsusilə, əksər uşaq bağçalarının işində müşahidə olunan qüsur və çatışmazlıqlar da artıq haradasa norma halını almaq üzrə idi. Belə müəssisələrin fəaliyyətinə dövlət nəzarətini həyata keçirməli olan icra hakimiyyəti strukturları isə, bir çox hallarda yaranmış problemlərin həllinə nail ola bilmirdilər. Bütün bunlar nəzərə alınaraq, məktəbəqədər uşaq təhsil müəssisələrinin fəaliyyətinə nəzarəti gücləndirmək və bu fəaliyyəti mərkəzləşdirilmiş qaydada idarə etmək məqsədilə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldı. Qurumun əsas funksiyalarına məktəbəqədər təhsil müəssisələrinin, uşaq evlərinin fəaliyyətinin təşkili və idarə edilməsi aiddir. İlk baxışdan bu funksiyaların icrası asan görünə bilər. Lakin reallıqda bu funksiyalardan doğan vəzifələrə Bakı şəhəri ərazisində mövcud olan dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi- uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirmək; Bakı şəhərində məktəbəqədər təhsil sisteminin inkişaf strategiyasını müəyyənləşdirmək, fəaliyyət prioritetlərinə uyğun olaraq məktəbəqədər təhsil sisteminin və yetkinlik yaşına çatmayan uşaqlara dövlət himayədarlığının inkişaf proqramlarını hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrində təhsil almaları üçün onların konstitusiya ilə təsbit olunmuş hüquqlarını qorumaq, məktəbəqədər təhsildə bərabər şəraitin və imkanların yaradılmasına nail olmaq və sairə aiddir. Əminliklə demək olar ki, idarə mövcud olduğu müddət ərzində bu vəzifələrin öhdəsindən hər zaman ləyaqətlə gələrək, köhnədən mövcud olan bir çox problemlərin həllinə nail olmuşdur.



Qeyd etmək lazımdır ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yarandığı gündən bu quruma Eldar Yunusov rəhbərlik edir. Həm də bu müddət ərzində Eldar müəllim ona dövlətimiz tərəfindən göstərilən etimadı tam olaraq doğrultmuş, üzərinə düşən son dərəcə məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələ bilmişdir. Belə ki, idarənin qarşısında duran vəzifələrin icrası baxımından Eldar Yunusov tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksək qiymətləndirilir. Bu gün artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. Təsadüfi deyil ki, ötən yeddi il ərzində bu kimi müəssisələrdə uşaqlara göstərilən xidmətlərin də keyfiyyəti xeyli yüksəlib. Artıq uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, tamamilə unudulmaq üzrədir. Bütün bunlar isə, dövlətimizin bu sahəyə olan qayğısını vətəndaşlara olduğu kimi çatdırmaq yönümündə məqsədyönlü fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işinin nəticəsidir. İdarənin işinin yüksək effektiliyini təmin edən əsas amillərdən biri isə əlbəttə ki, məhz Eldar müəllim tərəfindən qabaqcıl idarəçilik üsullarının inamla tətbiq edilməsidir.



Ayrıca olaraq qeyd etmək istərdik ki, bu gün Eldar Yunusov cəmiyyətimizdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilən, yüksək yaradıcılıq qabiliyyətinə malik olan, öz işini hər zaman dövlətə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında quran bir ziyalı kimi tanınır. Biz də öz növbəmizdə Eldar müəllimə və onun rəhbərlik etdiyi Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin bütün kollektivinə öz çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər diləyirik.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön