Ana Sayfa > Gündəm > Dünənki yanğında FHN əməkdaşları xəsarət almayıb
Dünənki yanğında FHN əməkdaşları xəsarət almayıb11-12-2019, 11:21. Yazar: sevinc1 |
![]() Ötən gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb. Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarının 5 hektar ərazisinin 2 hektarı yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Yanğın zamanı 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. aia.az Geri dön |