Ana Sayfa > Karusel / Ölkə > Valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb
Valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb10-12-2019, 13:09. Yazar: sevinc1 |
Bugünə qədər münaqişə ocaqlarında olan valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb. Trend-in məlumatına görə, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda bildirilib. Hesabatda qeyd edilib ki, ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir. Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var. Qeyd edək ki, hesabat ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlanıb. aia.az Geri dön |