Ana Sayfa > Karusel / Ölkə > “EuroHome”da malları yanan sahibkar:
“EuroHome”da malları yanan sahibkar:10-12-2019, 13:07. Yazar: sevinc1 |
150 minlik ziyana düşdüm. Oxu.Az xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib. Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb: “Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib. Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım. Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”. Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb. aia.az Geri dön |