Ana Sayfa > Aia TV / Şou-biznes > 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər -

2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər -


9-12-2019, 16:39. Yazar: sevinc1
2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər -


2019-cu ilin bitməsinə sayılı günlər qalıb. İlboyu şou-biznes sahəsində müxtəlif hadisələr yaşanıb. Yaradıcılığı ilə yanaşı tanınmışlar şəxsi həyatları, qalmaqallarıyla da gündəmə gəliblər.

aia.az axşam.az-a istinadən 2019-cu ildə boşanan məşhurların siyahısını təqdim edir:

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən yay aylarında ayrılıb. Sənətçi qalmaqallı ayrılma məsələsi haqda rəsmi boşanma olduqdan sonra açıqlama yayıb.

Müğənni Yaşar Yusub da bu il boşanma xəbəri ilə gündəmə gəlib. O, bu haqda ətraflı açıqlama verməyib. Yaşarın bir oğul övladı var.

Prodüser Anar Mədətov da həyat yoldaşı Elnurə Mədətovadan ayrılıb. Prodüser ikinci dəfə Samirə adlı xanımla nikah masasına oturub.

Aktyor Əlixan Rəcəbov model həyat yoldaşı ilə cəmi 4 ay evli qalıb. Bu günlərdə cütlüyün boşanma xəbəri yayılıb.

Müğənni Aynur Dadaşova ərindən illər əvvəl ayrılsa da, bu haqda bir neçə gün əvvəl açıqlama verib. O, ərinin ona başqa qadınla xəyanət etdiyini və buna görə münasibətlərinə son qoyduğunu deyib. Onun iki övladı var.

Müğənni İlqar Xəyal ikinci həyat yoldaşından da boşanıb. O, üçüncü dəfə nikah masasına oturub. İfaçının bu nikahdan övladı da dünyaya gəlib.


Müğənni Əbdül Xalid də boşanma xəbəri ilə 2019-cu ildə gündəmə gəlib. Sənətçinin bir neçə il əvvəl həyat yoldaşından ayrıldığı ortaya çıxıb.

Aktyor Fərda Xudaverdiyevin də boşanma xəbəri bu il yayılıb. Onun iki övladının anası ilə yollarını ayırıb, başqa bir xanımla evləndiyi ortaya çıxıb. Fərdanın bu nikahdan bir oğlu da doğulub.

Müğənni Kəmalə Qaramollayeva da türk vətəndaşı olan əri ilə ayrılıb. Onun bu nikahdan bir övladı var.

Aktyor Elşən Orucov da 2019-cu ildə boşanan məşhurlar sırasında yer alıb. O, 1 il evli qaldığı xanımı İlahədən ayrılıb. Elşən bu haqda heç vaxt açıqlama verməyib.

Aparıcı Zaur Nəbioğlu bu ilin martında boşanma xəbərini açıqlayıb. Cəmi bir il evli qalan aparıcının bir övladı da dünyaya gəlib.

aia.az
Geri dön