Ana Sayfa > İdman / Aia TV / Karusel > Messi Ronalduya qalib gəldi – FOTO
Messi Ronalduya qalib gəldi – FOTO9-02-2016, 13:42. Yazar: admin |
Avtomobil futbolçuya 32 milyon avroya başa gəlib. “Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi dünyada ən bahalı avtomobilin, 1957-ci il buraxılışlı “Ferrari 335 S Spider Scaglietti”nin sahibi oldu. Aia.az xəbər verir ki, bu barədə futbolçuya yaxın mənbəyə əsasən “Bleacher Report” məlumat yayıb. Avtomobil Parisdə hərraca çıxarılıb. Avtomobil futbolçuya 32 milyon avroya başa gəlib. Avtomobilin əvvəlki sahibi italiyalı daşınmaz əmlak üzrə agent Alesandro Proto olub. Ferrarini almaq istəyənlər arasında Madrid “Real”ının fovardı Kriştianu Ronaldunun da olduğu barədə məlumat yayılıb. Bu avtomobilin sükanı arxasında britaniyalı Stirlinq Moss 1958-ci ildə Kubada “Formula1” Qran-prisini qazanıb. Soportkar həmçinin “Le-Manda 24 saat” yarışında da iştirak edib. “Ferrari 335 S” Messinin kolleksiyasında üçüncü eksklüziv sportkar oldu. Buna qədər argentinalı “Maserati GT Stradale” və “Audi R8 Spyder” avtomobillərini alıb. Onların ümumi məbləği 517 min avrodur. Geri dön |