Ana Sayfa > Gündəm > Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib -
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib -9-12-2019, 16:30. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir: "Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri". aia.az Geri dön |